Azərbaycandan şəkər və meyvə-tərəvəz ixracı kəskin artıb

14-11-2025, 15:08 4 dəfə baxılıb

 

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2.99 milyard ABŞ dolları təşkil edib.

"Azerinews.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19.8% artaraq 962.1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin on ayında ixrac olunan məhsullar arasında şəkər ötən ilin müvafiq dövrünə nisbətən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8.8%, alüminium və onlardan hazırlanan məmulatlar isə 3.8% artıb.

Aqrar məhsullar üzrə ixrac 27.5% artaraq 769.7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19.1% artaraq 1.03 milyard ABŞ dolları təşkil edib.

Azərbaycandan şəkər və meyvə-tərəvəz ixracı kəskin artıbAzərbaycandan şəkər və meyvə-tərəvəz ixracı kəskin artıbAzərbaycandan şəkər və meyvə-tərəvəz ixracı kəskin artıbAzərbaycandan şəkər və meyvə-tərəvəz ixracı kəskin artıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930