“Büdcədə neft gəlirləri azalacaq”

19-11-2025, 14:12 5 dəfə baxılıb

 

“Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılıb. Qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulmuş, 1 mənbənin həcmi dəyişməz saxlanmış və 1 mənbə üzrə proqnoz nəzərdə tutulmayıb”.

“Azerinews.az” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti il üçün dövlət büdcəsinin gəlirləri cari ilin göstəriciləri ilə müqayisədə ümumi həcmdə ciddi dəyişiklik nümayiş etdirməsə də, gəlirlərin tərkibində əhəmiyyətli struktur dəyişikliklərinin baş verməsi proqnozlaşdırılır. 2026-cı ilin icmal, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılıb. 

Növbəti ildə Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 11,4% azalmaqla nəzərdə tutulur. Transfertin azaldılmasını həm Fondun vəsaitlərinin qorunması, həm də dövlət büdcəsinin neft asılılığının azaldılması baxımından müsbət qiymətləndiririk. Eyni zamanda, onu da qeyd edim ki, transfertin DNF gəlirlərinə nisbəti 98,5% təşkil etməsi gözlənilir.

2026-cı ilin dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə artım proqnozlaşdırılıb. Növbəti ildə baza ssenari proqnozlarının icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindəyik”, - deyə Palata sədri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930