Prezident bu dəyişiklikləri təsdiqlədi

28-11-2025, 16:30 3 dəfə baxılıb

 

Prezident İlham Əliyev Cinayət Məcəlləsində edilən bir sıra dəyişiklikləri təsdiqləyib.

“Azerinews.az” xəbər verir ki, dəyişikliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək.

Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası isə olduğu kimi saxlanılır.

Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan “xeyli miqdar” dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.

Əvvəlki qanunvericiliyə görə isə “xeyli miqdar” dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü.

Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031