“Avtobuslarımızın salonu hər gün təmizlənir” - “Faiqoğlu”dan açıqlama

12-12-2025, 17:09 7 dəfə baxılıb

 

İnternet televiziyalarından birində və sosial şəbəkələrdə Bakıda bir sıra marşrut xətlərinə aid avtobusların çirkli olmasına dair görüntülər yayılıb.

“Azerinews.az” xəbər verir ki, sujetdə bəzi nəqliyyat vasitələrinin yararsız olması, avtobusların oturacaqlarının çirkli olması xüsusi vurğulanıb.

Mövzu ilə bağlı “Xaliq Faiqoğlu” şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin kadrlar şirkətə məxsus avtobuslarda lentə alınmayıb:

“Şirkətimizin istismarında olan müntəzəm marşrut xətləri üzrə bütün avtobuslar, eləcə də 170 saylı xəttə aid nəqliyyat vasitələri hər gün qaraj şəraitində təmizlənir. Bu məqsədlə ixtisaslı şirkətlə əməkdaşlıq edirik və hər gün qapalı şəraitdə avtobusların salonları, eləcə də bütün görünən hissələri yuyularaq təmizlənir. Yayılan görüntülərdəki avtobusların şirkətimizə hər hansı aidiyyəti yoxdur. Tərəfimizdən avtobus parkının yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxsaylı layihələr icra edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031