"Azərbaycan üzərindən Ermənistana yeni taxıl partiyaları çatdırılacaq”

15-12-2025, 17:59 7 dəfə baxılıb

 

"Yaxın vaxtlarda yeni taxıl partiyaları Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq”.  

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Nazir yüklərin artıq yolda olduğunu desə də, onların hansı ölkələrdən göndərilməsi və İrəvana nə vaxt çatacağı ilə bağlı dəqiq məlumat verməyib.  

“Yük çatdırıldıqda, tonlar üzrə məlumatlar təqdim edəcəyəm”, - o qeyd edib.

Azərbaycandan neft məhsullarının idxalı imkanına gəlincə, nazir bu barədə məlumatın yalnız yüklər faktiki olaraq ölkəyə çatdırıldıqdan sonra açıqlanacağını deyib. 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Noyabrın 5-də isə Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb. Bununla yanaşı, Gürcüstan dekabrın 8-də Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcəyini açıqlayıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930