Naftalan neftinin normativlərə uyğunluğu yoxlanılacaq

22-12-2025, 13:35 6 dəfə baxılıb

 

2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.

“Azerinews.az”ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti tərəfindən Sərəncam verilib.

Sənədə əsasən, Naftalan neftinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun istifadəsinə tibbi nəzarət həyata keçiriləcək.

Sözügedən yoxlamaları Səhiyyə Nazirliyi və Dövlət Turizm Agentliyi həyata keçirəcək.

Yoxlamaların aparılması zamanı Naftalan neftinin mövcud olan dövlət standartlarına uyğunluğunun və sanitariya norma və qaydalarına əməl edilməsinin yoxlanılması nəticəsində aşkar olunan qüsurların aradan qaldırılması məqsədilə tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031