Azərbaycandan Bolqarıstana ixrac 22 faiz artıb - Ən çox nə satılıb?

30-12-2025, 15:36 6 dəfə baxılıb

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 780 milyon dolları ötüb.

"Azerinews az"  rəsmi statistikaya əsasən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Bolqarıstana ixrac 22 faiz artaraq 756.68 milyon dollar təşkil edib. Bolqarıstandan Azərbaycana idxal isə 21.4 faiz azalaraq 23.34 milyon dollar səviyyəsində olub. Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1.75 faiz təşkil edib.

Rəsmi məlumatlara əsasən, ixracın əsas hissəsini enerji məhsulları formalaşdırıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ixrac olunan əsas məhsul təbii qaz olub və bu məhsul üzrə ixracın dəyəri təxminən 576,8 milyon dollar təşkil edib. Ümumilikdə ixracın böyük payı məhz enerji resurslarının hesabına təmin olunub.

Eyni dövrdə Bolqarıstandan Azərbaycana əsasən ərzaq və istehlak məhsulları gətirilib. İdxal olunan məhsullar sırasında şokolad və digər qənnadı məmulatları, pivə və alkoqolsuz içkilər, konservləşdirilmiş qida məhsulları, dərman vasitələri, kosmetika və məişət kimyası malları yer alıb. Bununla yanaşı, plastik və kimya sənayesi məhsulları, geyim, ayaqqabı, qablaşdırma materialları və müxtəlif sənaye təyinatlı mallar da idxal olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930