Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard dollarlıq investisiya planları müzakirə edilib

3-01-2026, 16:10 5 dəfə baxılıb

 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı baş tutub.


"Azerinews.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.


Məlumata görə, söhbət zamanı Azərbaycanın Pakistana iki milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu müzakirə edilib.


Rəsmilər ikitərəfli münasibətlərin vəziyyətindən məmnunluqlarını ifadə ediblər və onları daha da inkişaf etdirmək barədə razılığa gəliblər.


Pakistan XİN rəhbəri qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksəksəviyyəli əlaqələrin vacibliyini vurğulayıb.


Bu baxımdan Pakistan iqtisadiyyatının müəyyən edilmiş sektorlarına Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılmasının əhəmiyyəti qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031