Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

9-01-2026, 16:06 9 dəfə baxılıb

 

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

“Azerinews.az” xəbər verir ki, ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından yola salınıb.

Yük 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizeldən ibarətdir və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930