bp ictimaiyyətlə onlayn görüş keçirəcək

12-01-2026, 10:55 4 dəfə baxılıb

 

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

bp bütün maraqlı tərəfləri 16 yanvar 2026-cı il tarixində saat 13:00-dan 15:00-dək “Microsoft Teams” vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.

ƏMTQ sənədlərinin layihə variantı və rəy formaları 26 dekabr 2025-ci il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilmişdir. 

Görüşdə  proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq,  irəli sürülən fikirlər və rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə qoşulmaq üçun ətraflı təlimat, keçid və QR kod bp-nin veb-səhifəsində verilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930