Neftimiz bu gün neçəyə satılır?

14-01-2026, 11:02 6 dəfə baxılıb

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


“Azerinews.az” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,21 ABŞ dolları və ya 4,68% artaraq 71,75 ABŞ dollarına bərabər olub.


Qeyd edək ki, ötən gün neftimiz 68,54 ABŞ dollarına ticarət edilib.


Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930