Azərbaycan Pakistanla audit və mühasibatlıq sahəsində Anlaşma Memorandumu imzalayıb

1-12-2023, 11:45 8 dəfə baxılıb

 

Auditorlar Palatası Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

"Azerinews.az" xəbər verir ki, memorandumu Palatanın sədri Vahid Novruzov və ICAP-nın prezidenti Məhəmməd Əli Lətif imzalayıblar.

Memorandumda tərəflər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühasib və audit peşəsi ilə bağlı fikirlərini bölüşməyə razılıqlarını bildirirlər. Eyni zamanda onlar qarşılıqlı maraq doğuran məsələlər üzrə, o cümlədən hər iki tərəfin müvafiq ixtisaslı üzvləri üçün tanınma tədbirlərinin və üzvolma yollarının işlənib hazırlanması üzrə birgə işləmək, peşənin xeyri naminə texniki və ya digər məlumatlarla bağlı bilik mübadiləsi aparmaq imkanlarını araşdıracaqlar.

Xatırladaq ki, bu ilin iyul ayında Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında da əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031