Azərbaycan və Çin bərpa olunan enerji üzrə birgə fəaliyyəti müzakirə edib

8-12-2023, 11:46 4 dəfə baxılıb

Azərbaycan və Çin arasında bərpa olunan enerji üzrə birgə fəaliyyət müzakirə edilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk. "China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası, enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq."- o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930