Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb

8-12-2023, 15:53 39 dəfə baxılıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib.

"Azerinews.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, əvvəllər işğal altında olan rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.

"Burada əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə vergi inzibatçılığının və idarəetmə modelinin respublikanın digər regionlarına və ümumi idarəetmə modelinə uyğunlaşdırılması, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının stimullaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rahatlığının təmin olunması, vergi xidmətlərinin əlçatanlığının təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrqsiyasının sürətləndirilməsidir", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031