IMF Moldovaya 95 milyon dollar maliyyə yardımı ayıracaq

8-12-2023, 16:39 10 dəfə baxılıb

Beynəlxalq Valyuta Fondu (IMF) Moldova büdcəsinə dəstək üçün təxminən 95 milyon ABŞ dolları maliyyə ayırıb.

"Azerinews.az" Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda bildirilib.

IMF vurğulayıb ki, Genişləndirilmiş Kredit Mexanizmi (ECF) və Genişləndirilmiş Fond Mexanizmi (EFF) çərçivəsində ayrılan maliyyə yardımının ümumi dəyəri təxminən 466 milyon ABŞ dolları təşkil edir.

Qeyd edilib ki, proqramın 19 oktyabr 2025-ci il tarixinə qədər uzadılması təsdiqlənib.

Proqram ölkənin iqlim şoklarına qarşı davamlılığın yaradılması səylərini, enerji sektorunda islahatları dəstəkləmək, maliyyə sektorunun iqlim dəyişikliyi və enerji böhranları ilə mübarizə potensialını gücləndirmək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930