Rusiyada təyyarə biletlərinin qiyməti kəskin artıb

25-03-2024, 09:00 122 dəfə baxılıb

Bu ilin ilk iki ayında Rusiya daxilində uçuşlar üçün aviabiletlərin orta qiymətləri əhəmiyyətli dərəcədə artıb.

“Azerinews.az” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin verilənlərindən məlum olub.

Belə ki, yanvarda artım illik ifadədə 33,9 % təşkil edib, fevralda isə sürətlənib – qiymətlər artıq 42 % artaraq ekonom sinifdə min km uçuş üçün 7 244 rubla (134 AZN) çatıb.

Fevral ayının orta qiyməti 2022-ci ilin pik aviasiya mövsümündəki qiyməti artıq üstələyib (həmin ilin iyulunda min km uçuş üçün qiymət 6 621 rubla (122 AZN) yüksəlmişdi). Nəşr vurğulayıb ki, ənənəvi olaraq yay aylarında tələbat artdığı üçün biletlər bahalaşır. Məsələn, ötən ilin iyul ayında uçuşun orta qiyməti min km üçün 7 638,95 rubl (141 AZN) təşkil edib.

Bununla yanaşı, fevral ayında orta qiymətlərin aylıq dinamikası (bu ilin yanvar ayı ilə müqayisədə) 12,7 % artıb. Bu, azı 2008-ci ildən bəri fevral ayında baş vermiş ən kəskin qiymət artımıdır. 2023-cü ilin fevral ayında aviabiletlərin qiyməti həmin ilin yanvar ayı ilə müqayisədə cəmi 6,2 %, 2022-ci ildə 2,5 %, 2021-ci ildə 7,6 %, əvvəlki illərdə isə 1-2 % artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930