Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür

25-03-2024, 16:55 100 dəfə baxılıb

2024-cü ildə Azərbaycan və Kamboca Krallığı arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir və sənəd yekun razılaşma mərhələsindədir.

"Azerinews.az" xəbər verir ki, bunu Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə deyib.

Onun sözlərinə görə, Kambocanın turizm naziri Sok Soken ilə bu yaxınlarda Pnompendə keçirilən görüşdə turizm marketinqi, təbliği və təhsili sahəsində bilik və təcrübə mübadiləsi potensialı müzakirə edilib ki, bu da ikitərəfli əməkdaşlığın dərinləşməsinə zəmin yarada bilər. “Hər iki tərəf ölkələr arasında turizm axınının və mədəni mübadilənin artırılması üçün platforma rolunu oynaya biləcək bayram tədbirlərinin təşkilinə böyük maraq göstərib”, - səfir vurğulayıb.


Ş.Mehdizadənin sözlərinə görə, turizm əməkdaşlığının inkişafı çərçivəsində konkret marşrutların yaradılması, işgüzar turların təşkili, turoperatorlar və agentliklər arasında birbaşa əlaqələrin yaradılması və paytaxtlarda - Bakı və Pnompendə milli mətbəx restoranlarının açılması yolu ilə xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Ola bilsin ki, bu məhsullar arasında bir neçə ölkəyə - Vyetnam, Laos və Kambocaya kombinə edilmiş turlar da təşkil olunsun. Gələcəkdə ölkələr arasında birbaşa reyslərin, o cümlədən çarter reyslərinin açılması istisna deyil, lakin bu gün Türkiyə və Qətər aviaşirkətləri xüsusi partnyorlardır”, - Ş.Mehdizadə bildirib.

Diplomatın fikrincə, ölkələr arasında əməkdaşlıqda maraqlı məqamlardan biri Kambocada Sovet dövründə Azərbaycanda təhsil almış keçmiş tələbələrdən ibarət Azərbaycan-Kamboca Dostluq Assosiasiyasının yaradılması ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930