Azərbaycan və Türkmənistan ilk dəfə sığorta sahəsində əlaqələr quracaq

27-03-2024, 16:57 156 dəfə baxılıb

Azərbaycan və Türkmənistan arasında ilk dəfə sığorta sahəsində qarşılıqlı əlaqələr qurulacaq.

"Azerinews.az"ın Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi məlumata görə, bu barədə ASA-nın icraçı direktoru Elmar Mirsalayevin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan-Türkmənistan dövlətləri arasında müxtəlif sahələr üzrə mövcud olan qarşılıqlı münasibətlərə toxunulub.

E. Mirsalayev səfirə sığorta sahəsində görülən işlər, nailiyyətlər və sektorun beynəlxalq əlaqələri haqda məlumat verib. İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk respublikasının sığorta birliklərinin üzvlüyü ilə qurulan, habelə yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının himayəsinə daxil olacaq Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.

Q. Elyasov sığorta xidmətlərinin vacibliyinə toxunaraq bu istiqamətdə görülən işləri, o cümlədən Türk Dünyası Sığorta Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə ASA ilə Türkmənistanın sığorta sektoru arasında əlaqələrin qurulması yönündə razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031