Yenin kəskin dəyər itirməsinin səbəbləri məlum olub

28-03-2024, 11:50 74 dəfə baxılıb

Yen 1990-cı illərdən bəri ABŞ ilə faiz dərəcələrindəki uçurum səbəbindən ən aşağı səviyyəyə düşüb – Yaponiya Bankı əsas faiz dərəcəsini 0,25 % artıraraq 0,5 %-ə qaldırdıqdan sonra məzənnə çöküb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Bu, son 17 ildə ilk dəfə pul siyasətinin sərtləşdirilməsidir. Lakin Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini xeyli artırıb – 5,25 %-ə çatdırıb. Bazarlar iki ölkənin Mərkəzi Banklarının siyasətlərində divergensiyanın davam edəcəyini gözləyir.

Maliyyə Nazirliyi, Mərkəzi Bank və maliyyə bazarı tənzimləyicisinin nümayəndələrinin fövqəladə iclasından sonra rəsmilər yenin hazırkı fəlakətli çöküşünün “spekulyativ əsaslara” malik olduğunu bildiriblər. Maliyyə naziri Süniti Sudzuki xəbərdarlıq edib ki, Tokio milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün “bütün variantları” nəzərdən keçirir.

Agentlik qeyd edib ki, Yaponiya maliyyə orqanları yen məzənnəsini sabitləşdirmək üçün valyuta müdaxiləsinə əl ata biləcəyini açıqlayıb ki, bu da 1998-ci ildən bəri ilk dəfədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930