Energetika Nazirliyində kollegiya iclası keçirilib

28-03-2024, 13:16 45 dəfə baxılıb

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə hibrid formatda kollegiya iclası keçirilib.

"Azerinews.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, kollegiya sədri iclası giriş sözü ilə açaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq energetika sahəsində həyata keçirilən tədbirlər, icra olunan layihələr və qarşıda duran vəzifələrdən danışıb. Nazir iclasın gündəliyini elan edib və sözü məruzəçilərə verib.

Gündəliyə uyğun olaraq enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və enerji balansının hazırlanması metodologiyası üzrə ilkin layihələrə dair məruzə dinlənilib, layihənin təkmilləşdirilməsi məqsədilə rəy və təkliflər təqdim edilib.

Həmçinin Energetika Nazirliyində 2023-cü il üzrə icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair hesabat dinlənilib. Dövlət proqramları, Azərbaycan Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerinə yetirilmiş tədbirlər, nazirliyin iş planının və Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə tapşırıqların icra səviyyəsi, nazirlik və tabeli qurumlara daxil olan vətəndaş müraciətlərinin icra vəziyyəti nəzərdən keçirilib və növbəti görüləcək işlər müzakirə edilib.

Sonda kollegiya sədri növbəti dövr ərzində nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrası ilə bağlı müvafiq tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930