Düyünün qiymətində kəskin artım davam edə bilər.

10-01-2024, 11:25 4 dəfə baxılıb

Kənd təsərrüfatı qiymətləri indeksinin ən böyük komponenti olan ərzaq qiymətləri 2023-cü ildə 9 faiz azalıb. Ötən il bir sıra ərzaqların qiymətində azalma olsa da, düyünün qiyməti qalxıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında qeyd edilib.

Hesabatda qeyd olunub ki, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistandan basmati olmayan düyü ixracına qoyulan məhdudiyyətlər fonunda onun qiyməti il ərzində 27 faiz artıb. Bundan başqa, vurğulanıb ki, düyünün qiymətində kəskin artım davam edə bilər.

Hesabatda ərzaq qiymətlərinin 2024-cü ildə təxminən 1 faiz, 2025-ci ildə isə 4 faiz azalacağı proqnozlaşdırılır. Ərzaq qiymətləri ilə bağlı əsas risklərə enerji xərclərinin artması, əlverişsiz hava, əlavə ticarət məhdudiyyətləri, Qara dəniz regionunda geosiyasi qeyri-müəyyənlik və uzunmüddətli risklər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031