Azərbaycanda sərnişin avtobusları azı 15 günlük yaddaşa malik videokamera ilə təchiz ediləcək

28-03-2024, 16:51 221 dəfə baxılıb


Azərbayc Azərbaycanda şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən, daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralarla təchiz ediləcək.

"Azerinews.az" xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Bundan başqa, müntəzəm şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və yaxud xüsusi səs siqnalı olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031