Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib

10-01-2024, 12:20 6 dəfə baxılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 30-2-2:2023 “Qazla işləyən məişət mətbəx cihazları – Hissə 2-2: Enerjidən səmərəli istifadə - Məcburi konveksiya sobalara və/və ya qrillərə malik cihazlar” yeni dövlət standartı qəbul edilib.

"azerinews.az" APA-ya istinadən xəbər verir ki, bu standart yanar qazlardan istifadə edən məcburi konveksiya sobaları və ya qrilləri olan qaz bişirmə cihazlarının enerji səmərəliliyinə dair tələbləri və sınaq üsullarını müəyyən edir.

Standart layihəsi rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə rəsmi qaydada razılaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930