Ötən il belarusların tətil üçün ən çox getdiyi ölkə

10-01-2024, 13:46 12 dəfə baxılıb

Ötən il belarusların tətil üçün getdiyi ən çox ölkələrdən biri Azərbaycan olub.

“azerinews.az” xəbər verir ki, bu barədə Belarusun İdman Nazirliyinin Turizm Departamentinin rəhbəri İrina Voronoviç deyib.

Onun sözlərinə görə, bu siyahıda ilk yerləri Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ənənəvi dənizkənarı kurortları tutur.

O qeyd edib ki, ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb: "Özbəkistan da populyar olub. Həmçinin, turistlərimiz Rusiyaya səyahətlərini davam etdiriblər”.

İ.Voronoviç bildirib ki, bu il də Azərbaycan, Özbəkistan və Qazaxıstanla turizm sahəsində sıx əməkdaşlığı davam etdiricəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031