Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 2 dəfəyə yaxın artıb

4-04-2024, 17:43 90 dəfə baxılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 294,2 milyon manat təşkil edib.

"Azerinews.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 % və yaxud təxminən 2 dəfəyə yaxın çoxdur.

“Rəqəmsallaşdırılan dövlətsatınalmaları rəqabətli və etibarlı satınalma prosesinin həyata keçirilməsinə, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə M.Abbasbəyli qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031