Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər

23-04-2024, 13:36 123 dəfə baxılıb

 “Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir”.

“Azerinews.az” xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin iclasında deyib.

“Araşdırmama görə, bu, gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq növdür. Əgər xanım sədr, siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır.

Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur. Əgər iqtisadi cəhətdən zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - deputat vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031