Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
"Azerinews.az" ın xəbər görə, bu barədə Rusiya hökumətinin saytında məlumat yayılıb.
Danışıqlarda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxılıb.
Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.
Baş nazir müavinləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.