Mikayıl Cabbarov İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək

15-01-2024, 14:50 1 dəfə baxılıb

 İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

"azerinews.az" bu barədə forumun saytına istinadla xəbər verib.

Bildirilir ki, Davos İqtisadi Forumunun gündəliyinə əsasən, nazir “COP28 and the Road Ahead” müzakirələrinə qatılacaq.

Həmin tədbirdə, həmçinin “The Washington Post” qəzetinin icraçı redaktoru Salli Bazbi, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri,  Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və “ENGIE Group”un baş icraçı direktoru Katrin Makqreqor iştirak edəcəklər.

Xatırladaq ki, bu gün Davos İqtisadi Forumunun 54-cü iclası rəsmən işə başlayır. Forum yanvarın 19-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031