Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb

16-01-2024, 22:00 2 dəfə baxılıb


Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7% azalıb, qeyri neft-qaz sektorunda isə 3,7% artıb.

ÜDM istehsalının 40,5%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930