Dövlət Xidmətində ilk kollegiya iclası keçirildi

17-05-2024, 11:33 97 dəfə baxılıb

 

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib. 

“Azerinews.az” xəbər verir ki, bu barədə Dovlət Xidməti məlumat yayıb. 

Bildirilir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri general-leytenant İlqar Musayev, Azərbaycan Prezidentinin 2024-cü il 15 mart tarixli 55 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının tərkibi”nin təsdiq olunduğunu və hazırda Kollegiyanın ilk iclasının keçirildiyini vurğulayıb. 

Xidmət rəisi müvafiq əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyası haqqında Əsasnamə”yə uyğun olaraq, Kollegiyanın Xidmətin fəaliyyətinin əsas istiqamətləri üzrə məsələlərə kollegial şəkildə baxaraq müvafiq qərarlar qəbul edən orqan olduğunu bildirib. Eləcə də, İ.Musayev Kollegiyanın iclaslarında Xidmətin fəaliyyətinin əsas istiqamətləri, döyüş hazırlığının və ictimai hazırlığın vəziyyəti, hərbi qulluqçuların attestasiyasının nəticələri, Xidmətin maliyyə və təsərrüfat fəaliyyəti, icra intizamının vəziyyətinin müzakirə olunduğunu və müvafiq qərarlar qəbul edildiyini qeyd edib. 

Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib və müzakirə olunan məsələlər ətrafında Kollegiya üzvləri və müstəqil qurum rəisləri çıxış ediblər. Kollegiya iclasına yekun vuran general-leytenant İlqar Musayev qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930