Rusiyalı turistlərin Azərbaycana marağı artıb

17-01-2024, 14:52 4 dəfə baxılıb


Rusiyalıların xarici turların erkən rezervasiyasına marağı il ərzində ümumilikdə 77 faiz artıb. Aparıcı istiqamətlər arasında Azərbaycan da var.

Bu barədə dünyada hotel və mehmanxanaların rezervasiyası ilə məşğul olan Rusiyanın Ostrovok.ru saytının məlumatlarından aydın olub.

Bildirilir ki, rusiyalılar tərəfindən Azərbaycana turların erkən rezervasiyası 79 faiz artıb.

Ümumilikdə aparıcı istiqamətlər arasında ölkəmizlə yanaşı Belarus, Türkiyə, Gürcüstan, İtaliya, Ermənistan, Fransa, Tailand və Qazaxıstan da var.

Xatırladaq ki, Bakı rusiyalı turistlərin Yeni il ərəfəsində istirahət üçün seçdikləri ən populyar istiqamətlərindən biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930