Əhalinin kredit borcları artıb

17-01-2024, 16:02 12 dəfə baxılıb


2023-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, milli valyuta ekvivalentində 23618,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) “azerinews.az”a verilən məlumata görə, ümumi kredit portfelinin 19597,7 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Bildirilib ki, kreditlərin 96,9 faizi banklar, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 31,3 faiz azalaraq 440,3 milyon manat olmuş və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031