Taleh Kazımov: "Valyuta bazarındakı tarazlıq məzənnə sabitliyini dəstəkləyir"

2-11-2023, 16:42 8 dəfə baxılıb


 

Hazırda Azərbaycanın valyuta bazarında tarazlıq müşahidə olunur ki, bu da məzənnə sabitliyini dəstəkləyir.

"Azerinews.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

Baş bankir bildirib ki, fiskal əməliyyatlarla əlaqədar olaraq bu il Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 248 milyon ABŞ dolları təşkil edib:

"İqtisadi artım perspektivləri ilə bağlı gözləntilərimiz nikbindir: Mərkəzi Bankın son proqnozlarına əsasən, ÜDM-in 2023-cü ildə 1,5 %, 2024-2025-ci illərdə müvafiq olaraq 3,5 % və 4 %-dək artacağını proqnozlaşdırırıq. Qeyri-neft ÜDM-də isə 2023-cü ildə 3 %, 2024-cü ildə 6 % və 2025-ci ildə isə 5,5 %-dək artım proqnozlaşdırılır".

T. Kazımov əlavə edib ki, cari ilin sentyabr ayında illik inflyasiya 5,1 % səviyyəsinə düşüb: "O cümlədən, ərzaq məhsulları üzrə istehlak qiymətləri 4,5 %, qeyri-ərzaq məhsulları üzrə 5,9 %, xidmətlər üzrə isə 5,4 % artıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031