Azad olunmuş ərazilərdə məişət tullantıları poliqonları yaradılacaq

19-01-2024, 12:24 1 dəfə baxılıb

Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonlarının inşası nəzərdə tutulur.

"Azerinews.az"ın məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə məlumat verilib.

Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq: "Ümumilikdə, 7 tullantı poliqonunun və 2 ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15 ha, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonları hər biri 10 ha, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonları isə hər biri 5 ha ərazidə inşa ediləcək. Zəngilanda isə 10 ha ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur".

M.Qəmbərov qeyd edib ki, tullantı özü də dünyada biznes nümunəsi kimi dəyərləndirilir: "Ona görə tullantıların təkrar emalı, xammal kimi istifadəyə hazırlanması vacibdir. Azad edilmiş ərazilərdə tullantıların idarəsinə də eyni prinsiplə yanaşmaq vacibdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930