Gəncə Avtomobil Zavodu İB traktorların yığımını artırıb
Gəncə Avtomobil Zavodu İB traktorların yığımını artırıb.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində 2023-cü il ərzində traktor istehsalında ötən ilin müvafiq dövrünə nisbətdə artım qeydə alınıb. Zirvəyolu.info Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən bildirir ki, verilən məlumata görə, 2022-ci il ərzində 587 müxtəlif modeldə traktor yığılmışdırsa, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 662 traktror təşkil edib. Bu isə 12,7 faiz artım deməkdir. Ötən il müəssisədə müxtəlif modeldə 366 yük avtomobil istehsal olunub.Həmçinin, 2023-ci il ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 341 KAMAZ, 50 ədəd SAMPO markalı kombayn və 23 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.Ümumilikdə 2023-cü ilin sonunadək müəssisədə 13 225 müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 1032 KAMAZ, 593 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 880 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.