Şəkidə ağır avtoqəza olub, ölən və xəsarət alanlar var

28-07-2025, 18:57 11 dəfə baxılıb

Şəkidə ağır avtoqəza olub, ölən və xəsarət alanlar var

Şəkidə ağır yol qəzası olub.

Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031