Generaldan sonra polkovnik də azadlığa çıxdı

20-10-2025, 10:51 10 dəfə baxılıb

 


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şirinov və rütbədən məhrum edilmiş Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum edilmiş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa çıxıb.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.

Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.

Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir.

Sail Ağasəlim

Fotoda: Mövlam Şixəliyev və Nizami Şirinov

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031