Bəxtiyar Hacıyev haqda - Son qərar

18-11-2025, 13:32 4 dəfə baxılıb

 

Çoxsaylı cinayətlərdə təqsirli bilinərək 10 il həbsə məhkum edilmiş ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.

“Azerinews.az”ın məlumatına görə, Ali Məhkəmə bir az əvvəl cinayət işi ilə bağlı son qərarı açıqlayıb.

Məhkəmə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu müəyyən etməyib. Bu səbəbdən şikayət əsassız sayılaraq rədd edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ildə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.

O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031