Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur

20-11-2025, 10:13 11 dəfə baxılıb

 

Bu ilin aprelində Biləcəridə qətlə yetirilən Ədil Məhərrəmovun işi üzrə gözlənilməz dəlil ortaya çıxıb.

“Azerinews.az”ın məlumatına görə, mərhumun həyat yoldaşı Nuranə Nəcəfova və qayınatası Nəcəf Qafarov cinayət işi üzrə həbs edilib.

Prokurorluq müəyyən edib ki, ata və qız mərhum Ədil Məhərrəmovu kəsici-deşici alətlə birlikdə öldürüblər. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Baxış iclasında hadisənin necə və hansı niyyətlə törədildiyi məlum olacaq.

Qeyd edək ki, kürəkəninin ölümünə görə tutulan Nəcəf Qafarov əvvəllər də məhkumluq həyatı yaşayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031