Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik - Təqaüdə göndərildi

17-12-2025, 14:15 7 dəfə baxılıb

 

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intiharı ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.

“Azerinews.az”ın əldə etdiyi məlumata görə, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.

Son olaraq hərbi hissə komandiri işləyən S. Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.

Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə 4 il azadlıqdan məhrum edilib, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031