Şirkət direktoru 110 min manatlıq dələduzluq edib

20-12-2025, 17:57 5 dəfə baxılıb

 

"Marthvvood" MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.

"Azerinews.az" "Qaynarinfo"ya istinadla xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləğinin 110 020 manat olduğu müəyyənləşdirilib.

Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.

Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Nizamnamə kapitalı 10 manat olan "Marthvvood" MMC 2022-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Teymur İsrail oğlu Məhərrəmovdur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930