Təcili yardım maşını piyadanı vurub öldürdü

29-12-2025, 13:14 5 dəfə baxılıb

 

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Azerinews.az” ın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 29-u saat 09:10 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (qadın) xəstəxanaya gətirilərkən həyat əlaməti müşahidə olunmayıb: “Həkimlər tərəfindən şəxsin ölüm halı təsdiq olunub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ambulans özəl tibb müəssisələrinin birinə məxsus olan təcili tibbi yardım avtomobili olub”.

Faktla bağlı araşdırma başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031