Bakıda kömək bəhanəsi ilə ahıl qadının pulunu taladılar

2-01-2026, 20:28 6 dəfə baxılıb

 

75 yaşlı qadın Xətai rayonu ərazisində üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, ahıl qadın mağazadan alış-veriş edib evə qayıdarkən qarşılaşdığı iki naməlum adam ona əlindəki yükünü daşımaq üçün kömək təklif edib. Daha sonra isə həmin şəxslər zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını talayıblar.

"Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031