Bakıda 2 nəfər dəm qazından öldü - Yenilənib

12-01-2026, 10:54 4 dəfə baxılıb

 

Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.


“Azerinews.az” xəbər verir ki, 1960-cı il təvəllüdlü Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti dünən saat 13 radələrində yaxınları tərəfindən aşkar edilib.


Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.


***

Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi Kəndçi küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031