Bu dəfə 9 avtomat, 26 tüfəng aşkarlandı

14-01-2026, 11:25 6 dəfə baxılıb

 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Azerinews.az” xəbər verir ki, yanvarın 13-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan aşkar ediblər.

Bundan başqa, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031