"İdrak” liseyinin binasının sahibi Ruslan Eyyubov imiş

6-02-2026, 14:49 12 dəfə baxılıb

 

Bu gün şagirdin müəllimini güllələdiyi “İdrak” liseyinin binası həbsdə olan tanınmış iş adamına məxsusdur.

“Azerinews.az” Baku.ws-ə istinadən xəbər verir ki, liseyin yerləşdiyi binanın sahibi iki ay əvvəl həbs edilən iş adamı Ruslan Eyyubovdur.

Xatırladaq ki, R.Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. O, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Qeyd edək ki, müəlliminə odlu silahla xəsarət yetirən 10-cu sinif şagirdi saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031