İslam Rzayev haqda - Yeni qərar

22-05-2026, 11:04 64 dəfə baxılıb

İslam Rzayev haqda - Yeni qərar

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.

Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. 

Məlumatı eks-icra başçısının vəkili Elvin Əliyev də saytımıza təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib. 

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031