Kürdəmirdə qəza: Xəsarət alanlar var - FOTO

18-02-2024, 21:40 6 dəfə baxılıb

 

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2103 markalı minik avtomobilinin sürücüsü Şamaxı rayon sakini Arif Hacısoltan oğlu Şirinov Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Nəriman Sərdar oğlu Abdullayevin idarə etdiyi VAZ 2106 markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.


Hazırda faktla bağlı araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031