Əziz Orucovun həbs müddəti uzadıldı

21-02-2024, 19:00 1 dəfə baxılıb

 

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

“Azerinews.az” ın məlumatına görə, Səbail Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Orucovun həbsdə saxlanılma müddəti 1 ay uzadılıb. 

Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031