Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən həyatını itirib
Goranboyda ağır yol-nəqliyyat qəzası baş verib.
“Azerinews.az” xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, dünən rayonun Goran qəsəbəsi ərazisində Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib. Avtomobil isə yolun kənarında dayanan digər maşınla toqquşub.
DYP-nin yaydığı məlumatda oxşar hadisənin bu ilin yanvarında Xaçmazda da baş verməsi qeyd edilib:
“Cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir. Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”.